“Futbolçular tapşırıqlarımıza əməl etdilər”
- 08 Dek 2019 19:14
- 750
“Çətin oyun oldu, bunu hamı gördü”.
Rekord.az saytının məlumatına görə, bunu “Neftçi”nin məşqçisi Füzuli Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah”ın qonağı olan “ağ-qaralar” 2:0 hesablı qələbə qazanıb.
Baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün komandanı meydana çıxaran Məmmədov qarşılaşmadan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm”.
- Bordinsiz texniki zonada necə idi?
- Baş məşqçimiz yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq.