I Liqanın ilk yarısını uğursuz keçirən "Araz Saatlı" qış fasiləsinə sonuncu pillədə yollandı.

Komandanın prezidenti Ədalət Abdullayev Rekord.az-a açıqlamasında bunun səbəblərini açıqladı.

Klub prezidenti eyni zamanda region komandsı olaraq, üzləşdikləri əsas çətinliyi də bölüşdü: "İlk mövsümdəki çıxışımız həddindən artıq uğursuz alındı. 12 çempionat və bir kubok oyunundan cəmi birində qalib gələ bilmişik. Turnur cədvəlində sonuncu pillədəyik. Bunun da əsas səbəbini heyətin mövsümün əvvəlindən düzgün formalaşdırılmamasında görürəm. Həm də "material" qıtlığı da sözünü dedi. Region komandasıyıq, məhdud büdcəmiz var. Bundan başqa, futbolçular seçim edəndə paytaxt komandalarına üstünlük verirlər. Hətta biz təklif etdiyimiz maaşın yarısını qəbul edib Bakı klublarını seçirlər. Amma bütün bunlara baxmayaraq, dayanmadıq, vəziyyətdən çıxmaq üçün yollar aradıq, baş məşqçini dəyişdik. Qış fasiləsində heyətimizi də gücləndirəcəyik, bu yaxınlarda dörd yeni futbolçunun adını açıqlayacayıq. Ayın 5-dən Saatlı Olimpiya Komplelsinin stadionunda məşqlərə başlayacayıq. Rüfət müəllim (baş məşqçi Rüfət Quliyev) də çalışır ki, daha güclü heyət formalaşsın. Ümid edirik ki, qışdan sora vəziyyət müsbətə doğru yönələcək. Bir də nəzərə alaq ki,. bu komanda Saatlıda ilk peşəkar futbol klubudur. Bu mənada ilk dövrədə fikirimizi daha çox oyunların təşkilinə yönəltdik ki, bizə AFFA, PFL tərəfindən olan etimadı doğuruldaq. Çalışırıq ki, bir günlük layihə olmayaq, uşaq futboluna ciddi fikir verək, infrastruktur quraq, bir sözlə, köklü kluba çevirilək"