“Futbolçularda yorğunluq var” - Qurban Qurbanov
- 28 Fev 2024 21:48
- 283
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış "Qəbələ" ilə səfər oyunundan sonra fikirlərini paylaşıb.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı. Kaxaber Sxadadzeyə uğurlar arzulayıram. Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq. Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm.
Çox ehtiyat edirik. Futbolçularda yorğunluq var. Çox güc sərf ediblər. "Neftçi" və "Bayer"lə oyuna kimi hamı bərpa olacaq”.