Futbolçulardan 4 aylıq maaş gecikməsinə razı olmaqlarını istəyir
- 05 Apr 2021 12:31
- 545
"Yuventus" futbolçulardan 4 aylıq maaş gecikməsinə razı olmaqlarını istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Koronavirus pansemiyasının büdcədə problemlər yaratması səbəbindən klub oyunçularından ötən il də olduğu kimi belə bir anlaşma tələb edir.
Lakin bu dəfəki danışıqlar "Yuventus"un istədiyi kimi getməyə bilər. Bəzi oyunçuların müqavilələri bu mövsümün sonunda başa çatır. Ona görə də həmin futbolçular gələcəklərini "Yuventus"la əlaqələndirmək niyyətində deyillər.
"Yuventus" ötən il də oyunçuların maaşını 4 ay gecikdirmişdi.