“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Təki bir də belə hadisələr olmasın. Futbol adına hər şey var idi. Matçdan çox danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Belə hallarda oynamaq çətindir. Çünki, dünən futbolçuların gücü 80 dəqiqədə bitdi. Onları kökləmək çox çətindir. Fiziki cəhətdən mümkün deyil”.