Almaniyanın “Nürnberq” klubunun futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Fabian Nürnberqer virusa yoluxub

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib. Klub bütün futbolçuların və texniki heyətin karantinə alındıqlarını açıqlayıb.