“Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, mütəxəssis 0:6 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

"Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. 6 qoldan 4-nü standart vəziyyətlərdən buraxmışıq".