“Futbolda əsas nəticədir” - Estoniya millisinin baş məşqçisi
- 20:44
- 29
Estoniya millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycan yığmasının qonağı olub.
Rekord.az xəbər vetir ki, Qəbələ şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra Estoniya yığmasının baş məşqçisi Yurgen Hennin mətbuat konfransı keçirilib.
Estoniyalı çalışdırıcı məqsədinin ilk növbədə milli komandanın nəticələrini yaxşılaşdırmaq olduğunu bildirib:
“Nəticə baxımından baxsaq, biz üstün olduq. Amma oyun sarıdan deyərdim ki, bərabər səviyyəli iki oyun keçirdik. Bugünkü oyunda isə rəqib daha güclü idi və bizə çətinliklər yaşatdı.
Məqsədim ilk növbədə milli komandanın nəticələrini yaxşılaşdırmaqdır. Sonrasına isə baxarıq. Hələ ki, hazırkı işimə köklənmişəm.
Turnir cədvəlinə baxası olsaq, bugünki xalı qazanılmış hesab edirəm. Bilirik ki, futbolda əsas nəticədir.
Çox xoşbəxtsiz ki, belə bir stadionunuz var. Estoniyada belə meydançalar yoxdur. Bizi burada çox yaxşı qarşıladılar. Hər şeyə görə təşəkkür edirəm”.