Ötən gün ölkə mətbuatında o cümlədən də Rekord.az-da futzal üzrə ölkə çempionatının yüksək liasında oynayan “Premier Quba”nın fəaliyyətini dayandırması haqda məlumat getmişdi. Hətta klub prezideninin də bununla bağlı açıqlaması var idi.

Lakin saytımızla əlaqə saxlayan futzal federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bu məlumatları təkzib etdi: "Sözügedən komanda fəaliyyətini dayandırmayıb və son turda da meydançaya çıxıb. Ola bilsin gələcəkdə fəaliyyətlərini dayandırmaqla bağlı qərar versinlər. Amma hazırda belə bir şey yoxdur".