Pandemiya futzala da ciddi zərbə vurub. Futbola icazə verilsə də qapalı məkanda oynanıldığı üçün futzala qoyulan qadağa hələ də qüvvədə qalır. 

Rekord.az xəbər verir ki, yaranmış durum Azərbaycanın futzal klublarına da ciddi zərbə vurub.

Martdan bu yana məşqlərdən və oyunlardan uzaq düşən futzal klubları futbolçulara maaş da vermir. Etibarlı mənbədən ötürülən məlumata görə, özəl şirkətlərin sponsorluq etdiyi futzal klubları 3 aydır ki, futzalçılarına maaş vermir.