AFFA 2024-cü ildə də futzal klublarına maliyyə yardımı ayırmayacaq.

Rekord.az xəbər verir ki, futzal federasiyasının prezidenti Zaur Axundov AFFA-nın dövlətin xətti ilə futbol klublarına maliyyə yardımını əsas gətirərək, belə yardımın dutzal klublarına ayırılması məsələsini də qaldırmışdı.

Lakin AFFA İcraiyyə Komitəsi bu məsələ barədə müsbət rəy verməmişdi. Axundov bu yaxınlarda bu istəklə yenidən federasiya rəhbərliyinə müraciət edib və əldə etdiyimiz məlumata görə bu dəfə də ona mənfi cavab verilib: futzal klublarına maliyyə ayırılmayacaq, hər klub öz başının çarəsinə baxsın.