Bir müddət bundan qabaq futzal klublarının əksəriyyətinin 3 aydır ki, futbolçularına maaş vermədiyi, bəzilərinin isə dağılmaq həddində olması haqda məlumat vermişdik.

Məsələyə Azərbaycan Futzal Federasiyasından da münasibət öyrəndik.

 

Qurumun sözcüsü Mahal Məmmədov saytımıza açılqmasında hər iki məsələyə aydınlıq gətirdi: "Öncə onu deyim ki, klubların maaş məsələsinə federasiya müdaxilə edə bilməz. Klublar müstəqil qurumlardi və hər şey müqavilə ilə tənzimlanir. Həm də bununla bağlı federasiyaya hansısa müraciət,şikayət daxil olmayıb. Adətən klublar futzalcilarla 9-10 aylıq anlaşma imzalayirlar. O ki qaldı, hansısa klubun dağılmaq təhlükəsinə, bununla bağlı bizdə məlumat yoxdu. Əksinə, Yüksək Liqada iştirak etmək üçün müraciət edən yeni klublar var. Təbii ki, federasiyanın müvafiq şöbəsi müəyyən şərtlər əsasında seçim edir və İcraiyyə Komitəsi iştirakçı komandalari təsdiq edir. Yenə deyirəm, hansısa klubun fəaliyyətini dayandırması sırf sponsorun qərarıdır. Həm də mövcud pandemiya ilə əlaqədar hansısa klubun fəaliyyətini dayandırması bu gün əksər ölkələrdə problemə çevrilib. Bu yaxınlarda Rusiya Super Liqasında da analoji hadisə yasandi və federasiya sponsorun müvafiq qərar qəbul etdiyini, çempionatda iştirak edə bilməyəcəklərini açıqladı,həmin komandanın əvəzinə başqa klub dəvət olunmadı. Bizdə də federasiya mümkün qədər klublara kömək edir. Bilirsiz ki, klublardan çempionatda iştiraka görə üzvlük haqqı,eləcə də legionərlərə görə rüsum alınmır,zalların icarə haqqı federasiyanın hesabına ödənilir, vərəqələrə görə hansısa cərimələr alınmır və s."