Füzuli Məmmədov: “Ağıllı oynayıb qalib gəlməliyik”
- 10 Avq 2020 17:03
- 668
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, komandasının əsas üstünlüyünün evdə oynamaq olduğunu söyləyib:
"Hər bir rəqib təhlükəlidir. Düzdür, "Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq. Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Ffutbolçularımız sıxılmalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq. Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.
Qeyd edək ki, "Neftçi” – "Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də "Bakcell Arena”da keçiriləcək.