“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Türkiyəyə yollanıb.

Rekord.az-ın məlumatına görə, ötən ilin noyabrında paytaxt klubundan ayrılan mütəxəssis hazırda “Antalyaspor”un düşərgəsində yer alıb.

O, yerli həmkarı Ersun Yanalın şəxsi dəvəti ilə qardaş ölkəyə səfər edib.

Türkiyəli çalışdırıcı Məmmədovu özünün məşqçi korpusunda görmək niyyətindədir və təklif göndərməkdə məqsəd anlaşma şərtlərini üzbəüz müzakirə etməkdir. (sportinfo.az)