Xəbər verdiyimiz kimi, "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov hazırda "Antalyaspor"un düşərgəsindədir. Yayılan məlumatlara görə, Məmmədov sözügedən klubun baş məşqçisi Ersun Yanalın dəvəti ilə ora gedib və onun köməkçisi olacaq.

Lakin Rekord.az-a daxil olan məlumata görə, hazırda belə bir məsələ gündəmdə deyil.

Məmmədov Antalya klubunun düşərgəsinə sadəcə, təcrübə yığmaq, bilik və bacarığını artırmaq üçün gedib. Lakin onun "Antalyaspor"da qalıb işləyəcəyi də istisna deyil.