Füzuli Məmmədov: “Baqali Dabonun elə hərəkət etməsi normaldı”
- 01 Fev 2020 20:10
- 758
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Çox gərgin oyun oldu. Belə gərginliyin olacağını öncədən də bilirdik. Komandanı buna hazırlamışdıq. Bir səhv oyunun taleyini dəyişdi. Məcbur olduq ki, planımızdan çıxaq. Ancaq sonradan etdiyimiz dəyişikliklər, futbolçuların əzmkarlığı komandanı məğlubiyyətdən qurtardı. "Neftçi" "Neftçi"di. "Neftçi" hər oyuna qələbə üçün çıxmalıdı.
- Rəqib müdafiənizi çox asan yarırdı...
- Azlıqda qalanda çətin olur. Rəqibin sürətli futbolçuları var. 10 nəfərlə qaldıqda komandaya güc çox düşür. Müdafiəçilərimiz bu gün fədakarlıq etdilər.
- Orta xəttlə hücuma baxanda müdafiədə keyfiyyətin çatışmadığını demək olar?
- Xeyr, deməzdim. Oyunda hər zaman güc orta xəttə düşür. Futbolçularımı anlayıram. Onlara zaman lazımdı ki, tələbləri istədiyimiz zamanda yerinə yetirsinlər.
- Oyundan sonra Baqali Dabonu çağırdız, ancaq o paltardəyişmə otağına yollandı.
- Dabonun elə hərəkəti oldu. Ancaq bu, normaldı. Matçdan sonra futbolçular aqressiv olur. Biz də Dabonun üzərinə çox getməməliyik. Dabo əvvəlkindən daha istəklidi. Bu, məni sevindirir. Ancaq o hərəkətlərə gələndə, qalib gələ bilməyəndə futbolçularda aqressiya olur. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün bizi dəstəklədilər. Onlara tərəf getmək istəyirdik, ancaq onlar məyusluqla meydanı tərk etdikdən sonra geri qayıtdıq.
- İki mərkəz müdafiəçiniz qalıb. "Qarabağ"la oyunda bu problem olmayacaq?
- Yox, belə düşünmürəm."Qarabağ"la oyunda Mbodj meydanda olacaq. (komanda.az)