I Divizion təmsilçisi "Qaradağ Lökbatan" "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədova baş məşqçilik postunu təklif etsə də, Məmmədov bundan imtina edib.

Rekord.az xəbər verir ki, buna səbəb veteran futbolçunun I Divizionda işləmək istəməməsidir.

Məmmədov yeni mövsümün start turlarında uğursuzluğa düçar olacaq hansısa Premyer Liqa klubunda baş məşqçi istefasının olacağına və həmin klubdan təklif alacağına ümidlidir. Bununla belə, müvəqqəti olaraq, Lökbatan təmsilçisində məşqçi kimi çalışacaq. Çünki hazırda PRO kateqoriyasına hazırlaşır və bu kateqoriyanın tələblərinə görə, imtahan verən məşqçi işsiz olmamalı, mütləq hansısa klubda çalışmalıdır.