«Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədovun yeni iş yeri məlum olub.

Rekord.az-ın məlumatına görə, o, «Qaradağ Lökbatan»da fəaliyyətə başlayıb.

Ötən ilin noyabrında paytaxt klubundan ayrılan gənc mütəxəssis Nazim Əliyevin korpusunda yer alıb. Məmmədov I Divizion təmsilçisi ilə mövsümün sonunadək anlaşıb.

Onun bura gəlişinin səbəbi gələn ay başlaması nəzərdə tutulan «Pro» kateqoriyalı kurslardır.

AFFA-nın tələbinə əsasən, ali dərəcə almaq istəyən məşqçilərin mütləq şəkildə iş yeri olmalıdır. Məmmədova isə bu şəraiti QL rəhbərliyi və baş məşqçisi yaradıb. (sportinfo.az)