Füzuli Məmmədov İranda işləməyə razılıq verdi
- 19 Apr 2021 14:00
- 895
“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun İranda işləmək variantı haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, qonşu ölkənin «Saypa» klubu Məmmədovun xidmətində maraqlıdır.
Füzuli bir vaxtlar İran çempionatında çıxış edib və ora ilə yaxşı əlaqələri var. Məhz bu əlaqələr sayəsində İranda olan menecer dostları Məmmədov üçün klub axtarıb və “Saypa” variantı ortaya çıxıb. Əldə etdiyimiz son məlumata görə, gənc məşqçi özü də İranda işləməyə razı olduğunu bildirib. Sadəcə, bəzi məsələləri son dəfə müzakirə edib dəqiqləşdirmək lazımdır.