Son turda evdə “Sumqayıt”a uduzmaqla 4-cü pillədən bir qədər də aralı düşən “Keşlə”də belə getsə, baş məşqçi dəyişikliyi qaçılmaq olacaq.

Rekord.az-a daxil olan məlumata görə, növbəti iki turda da komanda məğlub olsa, Yunis Hüseynov postundan göndərilə bilər.

Onu əvəzləməyə ən real namizəd Füzuli Məmmədovdur. Belə ki, Məmmədovu bu posta klubun yeni idman direktoru Ceyhun Sultanov gətirmək istəyir.

Qeyd edək ki, Ceyhunla Füzuli yaxın dostur və onu “Neftçi”yə də məhz Ceyhun dəvət etmişdi.