“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

- Bilirdik ki, çətin olacaq. Ciddi hazırlamışdıq. Rəqibi hər elementdə təhlil etmişdik. Necə oynayacaqlarını bilirdik. Biz də ona uyğun oyunumuzu qurduq. Planımız, uşaqların meydandakı əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni azarkeşlərimizə həsr edirik.

- 3 tura 3 fərqli sistemlə oynamısız. Bundan sonra əsas hücum 3-lüsü bugünkü kimi olacaq?
- Oyunları təhlil edirik. Səhvlər olduqda ona uyğun düzəlişlər edirik.

- "Neftçi" ilk hissədə möhtəşəm futbol oynadı. Digər oyunlarda da bu performansı saxlaya biləcəksizmi?
- Bütün futbolçuların potensialını bilirəm. Hələ tam formalarında oynamırlar. Bundan sonra da daha yaxşı olmağa çalışacağıq. (komanda.az)