![photo](https://www.rekord.az/storage/uploads/4/sefa.jpg)
"Füzuli" stadion seçimini etdi
- 28 Avq 2023 11:00
- 818
Yeni mövsümdən II Liqada mübarizə aparacaq "Füzuli" komandası stadion seçimini edib.
Rekord.az xəbər verir ki, bölgə komandası "ASK Arena" ilə anlaşıb.
Maraqlıdır ki, Füzuli təmsilçisinin daha öncə Ağcabədi və Horadiz variantlarından birini seçəcəyi gözlənilirdi. Lakin son anda klub rəhbərliyi paytaxtda qalmağı seçdi.