Gədəbəy rayon Zəki idman klubunda “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun müdiri Röyal İsmayılov çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıblar.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda boks idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.

Daha sonra məşqçi müəllim Seymur Əliyevin rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxıblar.