Gədəbəy şəhər stadionunda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində məktəblilər arasında vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi ilə “İdman hamı üçün" layihəsi çərçivəsində məktəblilər arasında güllə atıcılığı üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun müdiri Röyal İsmayılov çıxış edərək bildirib ki, “İdman hamı üçün” layihəsinin təşkil edilməsində əsas məqsədin idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, gənclərə vətənpərvərlik hissinin aşılanması, asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinin təmin olunması və rayonda güllə atıcılığı idman növünün inkişaf etdirilməsidir.

İdman tədbirində ümummilikdə 80 nəfər iştirak edib. Aşağıda adları qeyd olunan şagirdlər mükafata layiq yerlər tutub.

Qızlar :

I yer Şirinova Yetər

II yer Hümbətova Xumar

III yer Rüstəmova Mələk

Oğlanlar :

I yer Əsgərli Səyan

II yer Vəliyev Hüseyn

III yer Ocaqverdiyev Rəşad

Yarışın sonunda yüksək nəticə əldə etmiş şagirdlərə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən diplomlar təqdim olunub.