Azərbaycanda daha bir klub fəaliyyətini dayandırdı.

Rekord.az xəbər verir ki, söhbət "Region Liqa"da mübarizə aparan "Tufan"dan gedir.

3-4 il bundan qabaq fəaliyyətə başlayan, qısa zaman ərzində böyük işlər görən, xüsusilə uşaq futbolunda örnək addımlar atan, futbol akademiyasının bünövrəsini qoyan və gələcək üçün stadion tikintisini planlaşdıran bir klubun bu cür aqibət yaşaması təəssüf doğurmaya bilməz. 

Çünki son zamanlar "Tufan" uşaq futbolunmda ciddi rəqibə çevirilmiş, AFFA-nən bayrağı altında keçirilən çempionatda ağırlığını qoyurdu. Klubun fəaliyyətini dayandırmasına səbəb maliyyə problemidir. Görünən budur ki, pandemiya futbola da ciddi zərbələr vurmaqdadır.