Gələn il Azərbaycanda dövlət büdcəsindən idmana 18,6 milyon manat vəsait ayrılacaq.

Rekord.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, həmin vəsaitin 9,2 milyon manatı olimpiya idman kompleksi və idman qurğularının xərclərinin bir hissəsinin qarşılanmasına, 9,4 milyon manatı isə beynəlxalq və respublika səviyyəli idman tədbirlərinin və yarışlarının keçirilməsi, onlara hazırlığa yönəldiləcək.