“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqlatı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu oyunda qalib gəlmək istəyirdik. Futbolçular bunun üçün əziyyət çəkdilər. Buna görə onlara təşəkkür edirəm. Qalib gəlib elitada qalmağımızı rəsmiləşdirmək istəyirdik. Bu dəfə alınmadı. Gələn oyunlara köklənməliyik. Ümid edirəm ki, qarşıdakı oyunlarda məsələni həll edə biləcəyik. Azarkeşlərimizə də dəstək üçün minnətdaram".