Gənc avarçəkənlər ənənəvi “Olimpiya ümidləri” reqatasında iştirak ediblər
- 24 Sen 2024 15:45
- 136
Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq reqatası keçirilib.
Rekord.az xəbər verir ki, 43 ölkədən yeniyetmə və gənc avarçəkənlərin mübarizə apardığı reqatada böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə iştirak edib.
İdmançılarımız medalçılar sırasına düşə bilməsə də, əzmkar mübarizəsi ilə yadda qalıb. Xüsusən Əlimurad Hacızadənin ilk dəfə iştirak etdiyi turnirdə A finalına qədər yüksəlməsi təqdirəlayiq sayıla bilər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yeniyetmə və gənclərin avarçəkmə idman növündə inkişafına böyük diqqət ayırır. Federasiya təlim-məşq toplanışları və yerli turnirlərlə yanaşı, idmançılarımızın beynəlxalq arenalarda çıxışlarına şərait yaradır. Macarıstanda keçirilmiş “Olimpiya ümidləri” turnirini bu mənada avarçəkənlərimiz üçün xüsusi təcrübədir.