
Gənc badmintonçulardan beynəlxalq turnirdə iki medal
- 27 Yan 2025 16:00
- 180
Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.
Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.