Gənc cüdoçular dünya çempionatına yola düşdülər
- 02 Okt 2023 22:54
- 347
Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət yığması 4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.
Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
4-7 oktyabr tarixlərində çempionatın fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq.
Könül Əliyeva
-52 kq.
Aydan Vəliyeva
Xədicə Qədəşova
-57 kq.
Fidan Əlizadə
-78 kq.
Nərmin Əmirli
+78 kq.
Nigar Süleymanova
Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.
Oğlanlar
-60 kq.
Nizami İmranov
-66 kq.
Aydın Rzayev
-73 kq.
Süleyman Əliyev
Vüsal Qələndərzadə
-81 kq.
Ömər Rəcəbli
-90 kq.
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq.
Ramazan Əhmədov
Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.