Braziliyanın “Quarani” klubunda faciəvi hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, klubun müdafiəçisi Tyaqo Kortes fizioterapiya zamanı dünyasını dəyişib. 

Bu barədə “Quarani” sosial şəbəkə hesabından məlumat yayıb.

Bir müddətdi diz zədəsindən əziyyət çəkən 22 yaşlı futbolçunun dünən fizioterapiya üçün xəstəxanaya getdiyi və qəfil öldüyü bildirilir. Futbolçunun ölüm səbəbi məlum deyil.