Gənc gimnast qazandığı medal haqda
- 28 Noy 2022 15:45
- 439
Məşqçinin dəstəyi yaxşı nəticələr əldə etməyimə kömək etdi.
Sportinfo.az xəbər verir ki, bunu trend-ə bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunun medalçısı, gənc idmançı Nərgiz Əliyeva deyib.
I Beynəlxalq "Ocaq" Kubokunda Nərgiz Əliyeva 2014-cü il təvəllüdlü gimnastlar arasında topla hərəkətdə qızıl və çoxnövçülükdə bürünc medal qazanıb.
"Məni gimnastika dərslərinə anam yazdırıb, mən beş ilə yaxındır məşq edirəm. Məşqlər fərqlidir - elə olur ki, hər şey qaydasındadır, elementləri təmiz edirəm, bəzən səhv edirəm, amma əsəbləşmirəm, bilirəm ki, daha çox çalışmalıyam", - deyə 8 yaşlı idmançı bildirib.
Gənc gimnastın sözlərinə görə, o, məşqçinin dəstəyi və gərgin məşqlər sayəsində medal qazanıb.
"Gələcəkdə Zöhrə Ağamirova, Arzu Cəlilova, İlona Zeynalova kimi məşhur gimnast olmaq arzusundayam. Mən də onlar kimi olmaq, yüksək nəticələr əldə etmək istəyirəm. Bilirəm ki, çox işləmək lazımdır, ona görə də çox məşq edirəm", - deyə gimnast bildirib.