Gənc güləşçilər “Çempionlar” turnirinə 11 medalla start verdi
- 15 May 2022 01:13
- 464
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
Rekord.az xəbər verir ki, ilk 2 yarış günündən sonra təmsilçilərimiz 11 medal qazanıb.
Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.
Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.
Qeyd edək ki, turnirə mayın 15-də yekun vurulacaq.