Ölkəmizi voleybol üzrə avrokubokda təmsil edəcək "Azərreyl" klubu daha bor oyunçu ilə müqaviləni yeniləyib. "Rekord.az" xəbər verir ki, Bakı klubu gənc voleybolçu Tovuz Ələkbərovanı daha bir mövsüm heyətində saxlayıb.

Son ili "Azərreyl"də keçirən 17 yaşlı oyunçu 2020/2021 illər mövsümündə də komandanın formasını geyinəcək.