Gənc qızlar Avropa çempionatına hazırlaşır - VİDEO
- 26 İyn 2021 19:35
- 691
İyunun 28-dən iyulun 4-dək Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət millimiz Bakıda hazırlıq prosesini davam etdirir.
Olimpiya Güləş Mərkəzində yığmanın məşqçisi Rövşən Umudov və gənclərdən ibarət yığmanın böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında davam edən məşqlərdə əsasən taktiki-texniki çalışmalar yerinə yetirilir.
Qeyd edək ki, komandamız iyunun 28-də Almaniyaya yollanacaq. Ertəsi gün qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 30-da 50, 55, 59, 68 və 76 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyulun ilk günündə isə 53, 57, 62, 65 və 72 kq-da yer alan qızlar mübarizəyə qoşulacaq.