Bir müddət bundan öncə AFFA-nın və Futbol Veteranlar İttifaqının dəstəyi ilə yaradılan Gənc Veteranlar İttifaqı hazırda fəaliyyət göstərmir.

Rekord.az-ın əldə etdiyi məlumata görə ittifaq üzvlərinin hərəsi bir yerə dağlıb.

Mahir Şükürov şəxsi işləri ilə əlaqədar tez-tez Türkiyəyə gedib gəlir. Zaur Ramazanovla Emin Quliyev də bu ittifaqda perspektiv görmür. Çünki aylardı AFFA tərəfindən onlara iş sözü verilsə də bu sözə əməl olunmur. İttifaqın sədri Ramiz Məmmədov da törəmə ittifaqın mənasız olduğunu və yaradılmasında əsas məqsədin veteranları üz-üzə qoymaq olduğunu anlayıb. Odur ki 1 aydır gənc veteranlar nə toрlantı keçir nə də bir araya gəlir.