“Gəncə” basketbol klubu 2022/23 mövsümündə bu komandada forma geyinmiş oyunçuların əksəri ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yerli oyunçulardan Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev və Amil Həmzəyevlə yollar ayrılıb.

Gəncənin eyniadlı təmsilçisi legionerlərdən də Collin Turner, Jarred Small, Jordan Andrews və Jalen Gaddy ilə vidalaşıb.

Klub onların hər birinə təşəkkür edib, qarşıdakı mövsümdə uğurlar arzulayıb.