"Gəncə" cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv 3-cü turda "Ordu" ilə üz-üzə gəlib.


Qarşılaşma bölgə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 82:61.


"Gəncə" ilk turda "Lənkəran"ı (90:75), 2-ci turda "Quba"nı (90:62) məğlub edib.


Günün digər qarşılaşmasında "Quba" "Lənkəran"la qarşılaşacaq. Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.