"Kəpəz"in cari mövsüm I Diviziondakı uğursuz çıxışı, üstəlik, komandanın növbəti dəfə Premyer Liqaya buraxılmaması gəncəli azarkeşlərin sənbr kasasını daşdırıb.

Rekord.az xəbər verir ki, bir qrup "Kəpəz" azarkeşi artıq Bakıya gələrək, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istəyir.

Onlar "Kəpəz"lə bağlı narazılıqlarını, şikayətlərini şəxsən Məmmədovun özünə çatdırmaq istəyir.