18 noyabr Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun növbəti oyunu baş tutub. "Gəncə" klubu doğma azarkeşləri önündə "Xırdalan" basketbolçularını qəbul edib. Oyunun sonlarına yaxın üstünlüyünü möhkəmləndirən "Gəncə", rəqibi üzərində 88-74 hesablı qələbə qazanıb. Bu gəncəlilərin çempionatda ilk qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Gəncə" (İrşad Hant - 26 xal, 13 ribaund), "Xırdalan" (Cessi Qi - 21 xal, 5 asist) 


 Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 19 noyabr tarixində baş tutacaq.