Gəncə Futbol Akademiyası demək olar ki, hazır olsa da, açılışı hələ də baş tutmur.

Rekord.az-a daxil olan məlumata görə, açılışı yubadan səbənb akademiyaya hələ də qaz verilişinin təmin olunmamasıdır.

Bununla bağlı "Azəriqaz"a müraciət olunub və sözügedən qurumdan cavab gözlənilir. Əslində açılış bu ilin sonuna kimi baş tutmalı idi. Lakin qazın verilişi təmin olunmadığı üçün açılış gələn ilin əvvəlinə qaldı.