Gəncə İcra Hakimiyyəti “Kəpəz”ə maliyyə ayırmaqdan imtina etdi
- 26 May 2021 15:00
- 997
"Kəpəz" yeni mövsümdə Gəncə şəhər İcra Hakimiyyətindən maddi dəstək almayacaq.
Rekord.az xəbər verir ki, AFFA-nın yerli rəsmi dairələrlə apardığı danışıqlar uğursuz nəticələnib.
Belə ki, İH I Divizionda çıxış edən kluba maliyyə ayırmaq iqtidarında olmadığı barədə federasiyanı bilgiləndirib. İcra başçısı Niyazi Bayramovla görüşmək isə onlara müəssər olmayıb.
Beləcə, «Kəpəz» yenə tamamilə SOCAR-ın ümidinə qalıb. (sportinfo.az)