Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib.


Rekord.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edib.


Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç Gəncə klubunun 100:74 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında baş tutan ilk görüşdə də Gəncə təmsilçisi qələbə qazanmışdı - 96:92.


Qeyd edək ki, pley-in mərhələsinin digər görüşləri sabah keçiriləcək.