Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib. "Rekord.az" xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmə qızlar arasında Gəncə Regional Voleybol klubunun daxili birinciliyi keçirilib.

Olimpiya sistemi ilə keçirilən yarışda, 6 şəhər və rayondan( Gəncə, Samux, Mingəçevir, Yevlax, Bərdə və Goranboy) 8 komanda iştirak edibdir. Gərgin keçən oyunlarda Mingəçevir komandası birinci, Yevlax komandası ikinci, Gəncə voleybolçuları isə üçüncü yerə layiq görülüb. İlk 3 yerə layiq görülən komandalar medal və diplomlarla təltif olunub, yarışın qalibi isə kubokla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların seçilməsi və Gəncə RVK-nın əsas heyətinə cəlb olunmasıdır.