Gəncə şəhər stadionu 2022-ci il üçün dövlət tərəfindən vəsait ayırılacaq proqrama salınıb.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti, gənclər və idman idarəsi və AFFA üçlükdə bu məsələni müzakirə edib.

Vəsait ayırılan kimi işlərə başlanılacağı gözlənilir. By proses isə yəqin ki, 2022-ci ilin fevral-mart ayları start götürəcək. Əsas işləri yerli icra hakimiyyəti görəcək. AFFA isə yenidən qurulacaq stadion ərazzisində futbol akademiyası və iki süni örtüklü meydança tikəcək.