Gəncə stadionunun ciddi təmirə ehtiyacı olduğu məlumdur. Lakin nədənsə illərdi bunu edən yoxdur. Nə şəhər rəhbərliyi, nə də AFFA rəhbərliyi humanist işə qol qoymur.

Rekord.az-a daxil olan son məlumata görə, artıq vəziyyət daha dözülməz şəraitdədir.

Sektorlar qəzalıvəziyyətə gəlib, soyunub-geyinmə otaqları, duşxana, xüsusilə ayaqyolu dözülməz şəraitdədir. Hətta deyilənə görə, bəzi günlərdə "Kəpəz" futbolçuları məşqdən sonra yuyunmağa isti su da tapmır. Məsələ ilə bağlı "Kəpəz"in mətbuat katibi Azad Mustafayevə müraciət etdik. Mustafayev məsələdə aidiyatı tərəf olmadıqlarını bildirdi: "Gəncə stadionu "Kəpəz"in balansında deyil. Biz sadəcə, icarədarıq. Stadion şəhərin balansındadır. Klub uzun müddətdir arenadan pulsuz qaydada istifadı edir. Ona görə də təmirlə bağlı sualınıza ən yaxşı halda şəhərin idman idarəsindən cavab ala bilərsiniz. O ki qaldı, isti su ilə bağlı məsələyə, onu əminliklə deyə bilərəm ki, isti suyumuz da var, sabunumuz da (gülür)".