Yenidən qurulacaq Gəncə stadionunun yekun layihəsi təsdiqlənib.

Rekord.az-a daxil olan məlumata görə, arenanın tamaşaçı tutumu 15 min nəfər olacaq.

UEFA-nın 4-cü kateqoriyasının bütün tələbləri səviyyəsində tikiləcək arenada eyni gündə hətta iki beynəlxalq oyun keçirmək mümkün olacaq ki, bu da Azərbaycanda bu səviyyədə tələblərə cavab verəcək BOS-dan sonra ikinci arena olacaq.