![photo](https://www.rekord.az/storage/uploads/4/gence-18.jpg)
Gəncə stadionunun tutumu azaldılacaq
- 08 Avq 2023 13:00
- 2088
III MDB oyunlarının Gəncəyə təyin olunmasından sonra Gəncə şəhər stadionunun təmiri ilə bağlı gəncəlilərdə ümid yaranıb.
Rekord.az xəbər verir ki, belə bir məsələ gündəmdə var.
Lakin yenilənəcək stadionunun tutumu xeyli azaldılacaq. Belə ki, hazırkı stadionun azarkeş tutumu 25000 nəfərdi. Lakin bu stadion sökülüb yerində yenisi qurulandan sonra tutum 10 mindən artıq olnayacaq. Hətta bəzi məlumatlara görə, ola bilsin, tutum 10 mindən də aşağı olsun (7-8 min).