![photo](https://www.rekord.az/storage/uploads/4/tunel1.jpg)
Gəncə tunelinin taleyi necə olacaq?
- 03 Okt 2023 13:00
- 748
Gəncə stadionundakı məhşur tunelin təmiri haqda sizi məlumatlandırmışdıq.
Rekord.az xəbər verir ki, həmin tunel və eyni zamanda "Kəpəz"Futbol Akademiyası təhvil veriləndən sonra, futbolçular meydançaya həmin tuneldən istifadə etməklə çıxacaqdılar.
Lakin son günlər Gəncə stadionunun söküləcəyi, yerində yeni stadionun tikiləcəyi haqda məlumatlar yayıldı.Bəs görəsən hazırlı stadion söküləndən sonra tunelin taleyi necə olacaq? Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevuin saytımıza verdiyi məlumata görə. bununla bağlı dəqiq hansısa qərar yoxdur. Tunelin muzey kimi istifadə olunması da gündəmdədir.