
“Gəncə” və “Şəki”yə də qalib gələ bilərdik”
- 18:20
- 45
"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 18-ci turunda "Lənkəran"ı məğlub etdikləri (95:86) oyunla bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis bu qarşılaşmanın bir qədər fərqli olduğunu bildirib:
"Rəqibi göstərdiyi performansa, oyuna görə təbrik edirəm. Son matçlarda komandamızın bir qədər fərqli oyun sərgilədiyi nəzərə çarpır. Müdafiədəki çıxışımızı xüsusi qeyd etmək istəyirəm. Amma son görüşlərdə bir sıra səbəblərə görə uduzurduq, güclü rəqiblərlə qarşılaşırdıq. "Gəncə" və "Şəki" ilə oyunları nəzərdə tuturam. Həmin matçlarda da qalib gələ bilərdik".
Əsgərov bugünkü görüşdə komanda şəklində yaxşı çıxış etdiklərini söyləyib:
"Bütün oyunçularımızı təbrik edirəm. Əsasən müdafiədə ciddi işlədik. Buna baxmayaraq, rəqib ciddi müqavimət göstərdi. Amma sonda sözümüzü dedik və qələbə qazandıq. Qalibiyyətdə payı olan hər kəsi təbrik və təşəkkür edirəm".